Çox oxunanlar

24 Haziran 2012 Pazar

tələbəlik xatirəsi

Nax. Resp. xəstəxanasının şöbə müdiri Zakir həkimin tələbəlik xatirəsi

Tələbə ikən Bakıya gələn atam mənə plaş almaq üçün o zaman “Köhnə Univermaq” adlanan yerə götürmüşdü. Birinci mərtəbədə bir neçə plaşa baxdıq. Atam seçdiyi plaşı geydim, eynimdə pis görünmürdü. Qiyməti ucuz olduğundan atam sanki bir tapıntı tapmış kimi “Çöx yaxşı, çox yaxşı” deyib, tərifləyirdi. Amm, amən nə deyəcəyimi şaşırmışdım, çünki, anlayamadığım bir qəriblik vardı. Elə bu zaman satıcı bizə yaxınlaşdı: - Əmi, plaşı kimin üçün seçirsiniz? Atam bir az da sərt tonda: - A bala görmürsən uşağa alıram? Satıcı bir az təəccüb bir az da kinayə ilə:

- Əmi, elə mən gördüyüm üçün deyirəm, axı bura qadın şöbəsidir. Sanki, başıma isti su tökdülər. Ətrafdakıların maraqla baxışları altında plaş da əynimdə atamla şöbəni tərk etmək istəyirdim ki, satıcı qolumdan tutub nəzakət ama, kinayə ilə dedi: - Cavan oğlan, görürəm ki, “plaş çox xoşuna gəlib”. Ama, gərək ya pulunu verəsən, ya da plaşı qaytarasan.

16 Haziran 2012 Cumartesi

Ağıllı nazir

Naxçıvan Səhiyyə naziri Respublika xəstəxanasında təzə açılmış Reanimasiya şöbəsinə baxıb çıxarkən dabançəkən olmadığından təlaşa qapılan baş həkim və şöbə müdiri köməkləşərək barmaqları ilə bir təhər nazirin ayaqqabısını bir tayını geydirirlər. Elə bu zaman şöbənin baş tibb bacısı dabançəkən tapıb gətirir. Nazir ayaqqabının tayını dabançəkənlə geydikdən sonra o biri tayını da çıxarıb təzədən dabançəkənlə geyir.

Naxçıvandan lətifələr və lətifəsayağı hadisələr, Quşbaşlılar şəhərindən

Gülüş sağlamlığı artırır

Həkimlər gülüş obyektində


Hesabını bilə doktor


Bir psixiatr daha təcrübəli həmkarından soruşur:
- Sən niyə hamıdan səhər yeməyində nə yediklərini soruşurşan.
- Nə yediklərini öyrənərək, mənə verə biləcəyi pulu hesablamaq üçün.

Həkimlər gülür

Mədə Ağrısı

Təcili xəstəxanaya gətirilən Nəsir kişini rentgendə müayinə edərkən qarnında xeyli çay qaşığı olduğu görünür.
Həkim təəcüblə soruşur:
-Bu qədər çay qaşığı sənin qarnnda nə gəzir?
Nəsir kişi:
-Nə bilim, bir ay bundan əvvəl həkim mənə dərman yazdı və dedi ki, gündə bir qaşıq udum, mən də yekəsini uda bilmədim bunları uddum.

Sakitliyi sevən həkim

Çox danışan xəstə:
-Həkim, nə üçün mənə dilimi çixartmağı buyurdunuz, amma ona heç baxmadiniz?
Həkim:
-Sadəcə olaraq ressepti sakitlikde yazmag istəyirəm.

Çox ver, alım

Ana: -Oğlum sənə bir az pasta veriim?
-Yox, istəmirəm.
-Niyə, axı sen pastanı çox isterdin?
-Sən "bir az verim", deyirsən, axı
Etiraz
Uşaq: -Ana, qardaşım niyə ağlayır?
Ana: - Diş çıxarır.
-Dişinin çıxmasını istəmir?