Çox oxunanlar

12 Nisan 2010 Pazartesi

Bel OXZ sinir fəsadlarının müalicəsində xüsusi korset tətbiqi

Səmərələşdirici təklif

OXZ sinir fəsadlarının kəskin mərhələsində belə düşən gücü azaltmaq üçün yataq rejimi və korset bağlamaq lazımdır. Osteoxondrozun sinir fəsadlarının kəskin mərhələsində müalicə müddətini qısaltmaq, əstəliyin xronikləşməsinin qarşısını almaq, müalicəni daha effektli etmək üçün sərt yataqda bir neçə gün yatdıqdan sonra xəstənin, mümkün olduğu qədər, erkən aktivləşməsi vacibdir. Amma, xəstələr çox zaman həddən çox ağrıkəsici və miyoreleksantlar qəbul etdiklərindən ağrı və əzələlərin qoruyucu gərilməsi azalır, nəticədə onlar ayaq üstə duranda xüsusilə onurğa beyni, sinir və damarların sıxılması artır və patoloji proses daha da dərinləşir. Fikirimizcə, son zamanlar bel fəqərəarası disk yırtıkları münasibəti ilə edilən əməliyatların sayının artmasına bir səbəb də budur. Zədələnmiş onurğa funksiyonal biriminə düşən yükü azaltmaq və hərəkətləri məhdudlaşdirmaq üçün bir çox müəllif korset, ştank qaldıran (halterçi) kəməri və s. istifadə etməyi məsləhət görürlər.

B.e.ə. 130-cu illərdən bu günə qədər onurğa xəstəliklərində tətbiq etmək üçün ağac qabığı, dəri, müxtəlif təbii və süni materiallardan hazırlanmış müxtəlif formada onlarla korset təklif edilmişdir. Biz bel üçün təklif olunmuş korsetlərdən 30-dan çox kitab, jurnal, məqalə və 25 internet veb səhifəsində təsvir edilən qırxdan çox korseti araşdırdırdıq. Nəticədə, müəyyənləşdirdik ki, onlardan heç biri patologiyaya uğramış fəqərəarası diskə və oynaqlara düşən ağırlğı kifayət qədər azaltmır, çox seqmenti əhatə etdiyi və döş qəfəsini sıxdıkları üçün lüzumsuz hərəkətsizliyə səbəb olurlar.

Bunları nəzərə alaraq bel osteoxondrozun sinir fəsadlarında, xüsusən fəqərəarası disk yırtığının kəskin dövründə, manual terapiyadan sonra, fəqərəarası oynaqların artrozunda istifadə etmək üçün prinsipcə yeni korset (şəkilə bax) təklif edirik. Xaricdən dəri və ya dermantin, içərisi qalın bezdən olmaqla kifayət qədər sərt hazırlanmış korsetin yan hissəsi (şəkiıldə 7) qabırğa qövsünün ən aşağı dayanıqlı nöqtəsi ilə qalça darağını sıx birləşdirərək bel fəqərələrinə düşən ağırlığı paylaşdırmaqla zədələnmiş onurğa funksiyonal biriminə düşən təzyiqi azaldır və xəstənin önə əyilməsinə imkan vermir. Korsetin arxa-bayır hissəsindəki cibə yerləşdirilmiş sərt metal və ya plastmas lövhə oma, bel və döş fəqərələrinin arxa çıxıntılarına bərk sıxılaraq onurğanın bu hissəsinə dayaq olur, arxaya hərəkətə imkan vermir. Korset sərt olduğu, beli və qarını çox sıxdığı üçün qarındaxili təzyiqi artırmaqla onurğanın tonusunu yüksək tutur, diskətrafı damarlarda (qan və limfa) təzyiqi artırır. Fəqərəarası diskə düşən yük yanlara paylaşılaraq azaldığından diskdaxili təzyiq azalır. Nəticədə disklərin qidalanması yaxşılaşır. Korset bağlandıqda xəstəyə güvən verir, qarın və bel əzələlərinin aktivliyi azalır, beldə istilik artır, skolioz normallaşır və digər bel əyrilikləri tənzimlənir, deformasiyanın qarşısı alınır. Təklif olunan korset 14 il ərzində (1989-1994’cü illər Naxçıvan Respublika Xəstəxanası, 1994-2001’ci illər Türkiyənin Kayseri Qızıl Ay Sağlıq Mərkəzi, son 3 ildə yenidən Naxçıvan

Respublika Xəstəxanasında) 1250-dən çox xəstəyə tətbiq edilmişdir. Uzun müddətli müşahidələr nəticəsində müalicənin korset istifadə etməyənlərə nisbətən daha tez və effektli olduğu, yataq günlərinin sayının kəskin azaldığı, xəstənin əmək qabiliyyətinin daha tez bərpa olduğu, beləliklə müalicəyə çəkilən xərcin azaldığı müəyyənləşdirilmişdir. Korset qöştərişlərə ciddi əməl edilməklə hazırlanıb tətbiq edilməli, şəkıldə göstərilən ölçüləri hər xəstəyə özəl olaraq və dəqiq götürülməlidir. Bu zaman döş qəfəsinin ən aşağı yan sərt nöqtəsi (qığırdaqların bir birinə və döş qəfəsinə birləşdiyi nöqtə), bəzən X qabırğa qığırdağının sərbəst olması nəzərə alınmaqla, müəyyən edilir. Bel lordozunun düzlənmə dərəcəsi nəzərə alınmaqla lövhənin qoyulub qoyulmaması və forması müəyyənləşdirilir. Korsetin uclarını birləşdirən hissə 20-25 sm paris plastırından (cırıt, velkro) hazırlanır (şəkildə 8-9) ki, bağlanma anında qarnın vəziyyətinə (tox, ac, köp və s.) uyğun sıx bağlana bilsin. Korsetin kənarları qatlanaraq tikilir ki, yumşaq toxumaları zədələməsin. Korset kompleks konservativ müalicənin tərkib elementi kimi xəstəliyin kəskin dövründə, sərt yataqda bir neçə gün yatdıqdan sonra, ayağa durmazdan əvvəl və ya sərt yerdə ən azı 10 dəqiqə uzandıqdan sonra nəfəs vermənin sonunda kip sıxılmaqla bağlanır.

ŞƏKİL

Kotsetin çatmayan cəhətləri yumşaq toxumaların sıxılması və diskamfortun yaranması, uzun müddət istifadə edildikdə əzələlərdə atrofiyanın əmələ gəlməsidir. Bəzi xəstələr yanlış olaraq korseti uzun müddət, hətta, yatanda bağlayırlar. Korsetin maxsimum faydalı olması üçün xəstənin müəyyən edilmiş vaxtda qoruyucu rejimə ciddi əməl etməsi, yalnız ayaq üstdə olduğu zaman korsetin belində olması, uzananda açması, erkən, amma uzanmış vəziyyətdə həkimin təyin etdiyi müalicəvi bədən tərbiyəsinə (ekzersizlərə) başlaması və ardıcıl davam etdirməsi lazımdır. Yaxşılaşdıqdan sonra, korset yalnız ağir fiziki işlər zamanı, profilaktika məqsədi ilə qısa müddətə bağlana bilər.

Korsetin sxematik şəkili (ölçülər sm ilə ifadə olunmuşdur):

ŞƏKİL

1. Göbəkdən keçən bel-qarın ölçüsü. 2. Beldə hər iki XII qabırğanın uclarını arxadan birləşdirən məsafə. 3. Arxa – üst qalça tinləri arası məsafə. 4. I ölçüdən II-ni çıxdıqdan sonra qalan rəqəmin yarısı (hər iki tərəf üçün eyni). 5. Qalça daraqlarını birləşdirən xəttin ortasından III ya IV oma fəqərələrinin arxa çıxıntısına qədər olan məsafə. 6. Qalça daraqlarını birləşdirən xəttin ortasından IX-VI döş fəqərəsinin (lordoz və kifozdan asılı olaraq) arxa çıxıntısına qədər olan məsafə. 7. Döş qəfəsinin yanlardan ən aşağı dayanıqlı nöqtəsi yəni X (bəzən IX) qabırğa qığırdağının IX ya VIII qabırğa qığırdağına birləşdiyi yerlə qalça darağınını üst hissəsi arasındakı məsafə. 8 və 9. Birləşdirici hissə (20-25 sm-lik paris plastırından olmalıdır). 10. Onurğaya dayaq məqsədi ilə sərt material üçün korsetin arxasında cib.

20 yorum:

  1. xroniki formada karsetin effektli olacağına inanmıram.

    YanıtlaSil
  2. Daha gənc yaşlarda osteoxondrozun profilaktikası üçün nə etmək lazımdır?

    YanıtlaSil
  3. Omurganı düzgün istifadə etmək, düzənli bədən tərbiyesi ilə məşgul olmaq.

    YanıtlaSil
  4. Bu xəstəlik zamanı ayaqın birində incəlmə ola bilərmi ?

    YanıtlaSil
  5. salam.Sizin məsləhətinizə ehtiyacım var. Öncədən çox böyük təşəkkürlər.Qardaşımda travmadan sonra diz oynağında ağrılar əmələ gəldi.Maqnit rezonans müayinədən sonra Suprapatellar bursaya uzanan maye yığıntısı,Medial meniskusun arxa buynuzunda 2-ci dərəcəli degenerasiya,Lateral meniskusun arxa buynuzunda 4-cü dərəcə yırtıq,Dizaltı nahiyyədə 24*31*14 mm ölçüdə Baker kistası diaqnozu qoyulub.Mənə daha çox yırtıq maraqlıdır. əməliyyat məsləhət görüblər.

    YanıtlaSil
  6. Bu travmatoloq və ortopedlərlə əlaqəli haldır. Ümumi şəkildə məsləhətim: xəstənin yaşı və işi də nəzərə alınaraq mütəxəssislərin tərəfindən verilən qərara güvənin.

    YanıtlaSil
  7. salam doxtor migren xesdeliyi qorxulu xesdelikdi? insanda omurluk qalir yoxsa mualiceden sonra otub kecir?

    YanıtlaSil
  8. Ə.Salam! Migren irsi meyilli, mualicəsi zaman tələb edən, müxtəlif formaları olan, ağrılar narahat edici olsa da, amma, çox da ağır fəsadları olmayan xəstəlikdir. Üç forma müalicə var: 1. Tutmanın müalicəsi; 2. Tez -taz tutmalar zamanı qısa kurs müalicəsi; 3. Uzun müddətli (əsaslı) müalicə. Müalicə djğru və korrekt olursa tutmalar keçirilir, onların sürə və tezliyi azalır, inadlı müalicə və profılaktika ilə (bəzən başqa faktorların təsirindən) hətta tamamilə keçib gedər.

    YanıtlaSil
  9. Salam ! ... Sol dizdə maye yığıntısı var ... Onu iynə ilə çəkdirmək düzgündürmü ? Müalicəsi haqqında məsləhət isterdim ... Öncədən Təşəkkürlər.

    YanıtlaSil
  10. Salam Doktor Sizi bakidan narahat edirem.
    mende son vaxtlar hardasa iki hefte olar belimde agrılar basladi hekime getdim rentgen cekdi ve aşagıdakıları yazdılar.
    Bel-oma fəqərələrinin R-qrammasında: soltərıfli 1-ci dərəcəli skolioz, L1-L2-L3-L4-L5-S1 fəqərə cisimlərin tamamlayan lövhəciklərin - subxondral sklerozu, fəqərəarası disklərin diskozu, L5 fəqərəcismin apofizin tam ossifikasiya olmaması.

    Sizden çox xahiş edirem bununla baglı ne meslehet gorursunuz neler etmeliyem, hansi idmanla mesgul olmaliyam qorxuludurmu ve sebeleri nedir ozum de indiye kimi mende bel agrisi olmamisdir. yasim da 25.

    Allah sizden razı olsun.

    YanıtlaSil
    Yanıtlar
    1. Ə.Salam Əsədulla bey! Yazdığınız bilgilərə görə Sizdə ciddi bir xəstəlik yox, ona görə də “cox narahat” olmağınıza əsas yox. Amma, bu bilgilərlə doğru dürüst diaqnoz qoymaq da mümkün olmaz. Buna görə də yaxşı və Sizə faydası olan məsləhət verməyim mükün deyil. Umumi məsləhətləri isə məqalədə ətraflı yazmışam, yaxşı oxu və aydın olmayan seyləri soruşa bilərsən. Allah şəfa versin! Hörmətlə Dr. Ə. Zeynili.

      Sil
  11. Cox sag olun Doktor bey. Allah sizden razi olsun. Diqqetinize gore de xususi minnetdarligimi bildirmek isteyirem.Yaxsi ki sizin ki hekimlerimiz var.Hormetle ƏSƏDULLA

    YanıtlaSil
  12. DOKTOR salam men sizi sekiden narahat edirem evvelceden size tewekkur edirem anamin sol canaq nahiyesinde ve sol ayaq bud bazu sumuyunde ve dayaq hissesinde berk agrilar olur normal gezende agrilar olmur ancaq oturub durandA ve yataqdan qalxanda keskin agrilar olur, Hekim 2 feqere yirtigi dioqnozu qoyub mualicesini sizden meslehet isteyirem biz ne ede bilerik, onceden tewekkur edirem

    YanıtlaSil
  13. SALAM DOKTOR MEN hepatit b xestesiyem mene bu xesteliyin mualicesi ve tehlukesi haqqinda hansi bilgileri vere bilersiniz evvelceden tesekkur edirem

    YanıtlaSil
  14. salam hekim menim 23 yawim var arada belim agriyirdi cox gezende,cox ayaq ustde qalanda tezelikce bilmisemki onurgada 21-22-23 cu feqereler aralanib,bilmek isteyirem idmanla kece bilermi bu xestelik yoxsa iyne,dermanda etdirim .cox narahatam her hekim bir soz deyir bilmirem ne edim .mene meslehet verin

    YanıtlaSil
  15. karseti hardan elde etmek olar?

    YanıtlaSil
  16. Salam doktor,mende sonuncu qabirqada one dogru eyilme var,one dogru qivrilir,buna nece komek ede bilersiz?onceden cox sagolun

    YanıtlaSil
  17. Salam men pillekenlerden yixilandan sonra onurgamin asagi hissesinde buzdumden texmini 5sm yuxarida
    şişlik yaranib. Lakin o şiş olan nahiye agrimir,. şişlikle paralel olan belimin sol terefi agriyir. Men ne etmeliyem ve o şiş olan nahiyye gelecekde menim ucun problemler yarada bilermi. Evvelceden tesekkurler

    YanıtlaSil
  18. Salam men pillekenlerden yixilandan sonra onurgamin asagi hissesinde buzdumden texmini 5sm yuxarida
    şişlik yaranib. Lakin o şiş olan nahiye agrimir,. şişlikle paralel olan belimin sol terefi agriyir. Men ne etmeliyem ve o şiş olan nahiyye gelecekde menim ucun problemler yarada bilermi. Evvelceden tesekkurler

    YanıtlaSil
    Yanıtlar
    1. Ə.Salam!
      Bu bilgi ilə faydalı məsləhət vermək çətin. Həkimə müayinə olman lazım.
      Hörmətlə,
      Dr. Ali Ekber ZEYNISOY,
      ‘’AZE Klinik’’,
      -Adres: 07506, Belek Mah. Mehmet Akif Ersoy Cad. No:3/A. Serik/ANTALYA,
      -Tel.:+(90) 242 715 1547, Fax:+(90) 242 715 1546,
      -GSM:+(90) 554 692 4397, +(90) 532 138 6056, +(90) 533 328 2360,
      -E-mail: azeklinik@zeynisoy.com/, drzeynili@gmail.com, dalekberz@yahoo.com,
      -Skype - drzeynili, Web: http://zeynisoy.com/.

      Sil