Çox oxunanlar

12 Nisan 2010 Pazartesi

Azadlıq və ölüm

Ey xalqım! Kölə kimisən, mübarizəyə heç həvəsin görünmür, Açıq hava məhbəsindəsən, ancaq ki, dəmirdən qəfəsin görünmür.

Azadlıq verilmir, alınır, ölüm bahasına olsa belə.

Ancaq mən ölümə getməyini deyiləm istəmiş,

Ustad “Ölümdən qorxmayan millətə ölüm yoxdur” demiş.

Ölümünə mübarizə ölüm deyil hələ

Tam tərsinə,

yaşamaqdan ötədir belə.

Ölüm zatən qaçınılmazdır, sən də bir gün öləcəksən.

Calış ki, o da başqalarının arzusu ilə deyil,

Sənin istədiyin zamanda

Amalına çatanda, olsun.



Yaşam türküsünün son akkordlarıdır ölüm.

Demək ki, yaşamın davamıdır ölüm,

Arzunun, amalının yaşamıdır ölüm.

Yaşamaq üçün ölümünə mübarizə etmək,

əsil yaşamaq olsa gərək!

Kamikadze yarada bilən millət,

Heç vaxt ölməyəcək, demək!

(Oktyabr-Noyabr 2009, Naxçıvan)

Hiç yorum yok:

Yorum Gönder