Çox oxunanlar

12 Nisan 2010 Pazartesi

Mənim cizdiklərim

Cıxlımazdan “çıxış”

Həyatı anlamaq üçün çox çabaladım,

Heç fərqində olmadan altmışıma vardım.

Amma, biləmədim kimdir,

nədir bu dünya,

Yaradandır yoxsa yaradılandır

bu dünya.

Sanki, dünya, hərəkətdə olan bir qatar,

Kimsə tapmadı,

Hardan gəlir?

Gedir hara?

Bizdən sonra qalan,

daim hərəkətdə olam bu qatar.



Bunları dərk etməyə

nə mənim,

nə sənin,

nə də kimsənin gücü çatar.



Enində sonunda bu fikrə gəldik biz də:

Bildiuimizlə kifayətlənək.

Çox da dərin düşünməyək.

Elə səthdə üzək.

Yoxsa bataraq boğularıq,

Öz düşüncələrimizdə.

(- Necə, necə? -Elə beləcə).

Qeyd: şerdən başı çıxan birisinin mənim bu cızma qaralamamı oxusa (oxusa daaa…) və “bu nə forma şeerdir?” deyə düşünsə, onu qınamam. Amma, cavabsız da qoymam: - Hər hansı bir “forma” (ən təkmil variantda belə) nə zamansa olmayıb, yəni onu kimsə yaradıb. (Amma, gerçekden mənim məqsədim nə isə bir şeer forması yaratmaq deyil, fikrimdəkiləri ifadə etməkdir. Ehtimal edirəm ki, bu sərbəstlik nə vaxtsa mənim kimi birisinin işinə yarayacaq yəni çətini asanlaşdıracaq). (Aprel 2006)

Hiç yorum yok:

Yorum Gönder