Çox oxunanlar

Haqqımda

1947-də Azərbaycan Respublikası, Naxçıvan MR, Şahbuz rayonu Aşağı qışlaq kəndində anadan olmuşam. Haliyədə, Nax. Şəh., Xətai məh. ¼ -də yaşayıram.

Təhsilim: -1966-da Nax. MR Şahbuz r-n Kolanı Kənd Orta məktəbini, 1972-də N.Nərimanov ad. Azərb. Dövlət Tibb İnstitutu, müalicə profilaktika fakultəsini bitirmişəm. 1974-də Ə. Əliyev ad. Həkimləri Təkmilləşdirmə İnstitutunda Nevropatoloq ixtisası almışam. 1979-da Leninqradda Ekspert Həkimlərinin Təkmilləşdirilməsi İnstitutunda sinir xəstəliklərinin ekspertizası üzrə, 1989-da Kievdə Refleksoterapiya ixtisası üzrə təkmilləşdirmə, 1994-95 də Türkiyə Erciyes Universitesi Nöroloji Anabilim bölümündə təcrübə artırma kurslarında olmuşam. 1991-də Birinci Dərəcəli Nevropatoloq diplomu almışam. 1994-də Türkiyə Cumhuriyyəti YÖK tərəfindən həkimlik diplomumun dənkliyi təsdiq edilmiş, 2009-da T.C Sağlık Bakanlığı tərəfindən təscil edilmişdir, 2009-da T.C vetandaşlığını qəbul etmişəm . Tibb fəaliyyətim: 1969-1972-də Semaşko ad. Klinik Xəstəxananın gəbul şöbəsində və Sumqayıt Səhər Xəstəxanası Uşaq Cərrahiyəsi şöbəsində tibb qardaşı, 1972-74-də Şahbuz RMX-da həkim nevropatoloq, 1974-77-də Kolanı SX-nın baş həkimi, 1977-83-də Nax. MR Respublika HƏEK-də ekspert nevropatoloq və sədr, !983-94-də Nax. RX Əsəb Xəstəlikləri şöbəsində nevropatoloq, 1994-2001-də Türkiyədə Kayseri Kızılay Sağlıq Mərkəzində həkim işləmişəm. 2001-dən Nax. RX Əsəb Xəstəlikləri şöbəsində nevropatoloq və refleksoterapist işləyirəm.